28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yol polisinə silahlı hücum - Rəsmi

31.01.2020

Bıçaqla yol polisi əməkdaşına xəsarət yetirmək istəyən sürücünün zərərsizləşdirilməsi barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsi məlumat yayıb.

Saytımıza daxil olan məlumatda deyilir:

"31.01.2020-ci ildə saat 10:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun paytaxtın Qaradağ rayonu ərazisindən keçən 68-ci kilometrində qabaq şüşəsinə sayrışan işıqlar quraşdırıldığına görə YPX inspektorları tərəfindən saxlanılan "Reanault Tondar” markalı, 99 UD 071 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü, 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Seyidzadə Mirsamir Mirhəşim oğlu əməkdaşların qanuni tələblərinə qəsdən tabe olmayaraq əlindəki bıçaqla polis əməkdaşına xəsarət yetirməyə cəhd edib, lakin YPX inspektoru polis baş serjantı Anar İbrahimovun cəld hərəkəti və çevikliyi nəticəsində zərərsizləşdirilərək istifadə etmək istədiyi soyuq silahla birlikdə istintaq orqanlarına təhvil verilib".