28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə Liviyada baza açır - Razılaşma

31.01.2020

Türkiyə Liviya Milli Razılıq Hökuməti ilə Tripoli yaxınlığında hərbi bazanın tikilməsi üçün aktiv danışıqlar aparır.
Bu məlumatı "Əl Ərəbiyyə” televiziyası yayıb. Məlumata görə, yeni tikiləcək bazada Türkiyə xüsusi təyinatlı dəstələrinin və Türkiyə Hərbi Dəniz Qüvvələrinin bölmələrinin yerləşdirilməsi nəzərdə tutulub. Bazada, həmçinin, uçuş-eniş zolağının yaradılacağı qeyd edilib.
Liviya Milli Razılıq Hökumətinin Ankara ilə Türkiyə hərbi təyyarələri və pilotsuz uçuş aparatlarının tədarükü məsələsini də müzakirə etdiyi vurğulanıb.