28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Biləsuvarda narkotacirlər saxlanıldı

31.01.2020

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan rayon sakini Nahid Səliflinin üzərinə keçirilən baxış zamanı ondan 100 qram çəkidə narkotik vasitə heroin, 65 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbiri ilə rayon ərazisində saxlanılan Bakı şəhəri Binəqədi rayon sakini İntiqam Abbasovdan 7,5 qram narkotik vasitə tiryək, 6,5 qram qurudulmuş marixuana aşkarlanıb. Araşdırmalarla İ.Abbasovun narkotik vasitələri Biləsuvar şəhər sakini Bəhruz Şahbazovdan əldə etdiyi müəyyən edilib. B.Şahbazov idarə etdiyi "BMW" markalı avtomobillə saxlanılaraq rayon polis şöbəsinə gətirilib. Keçirilən baxış zamanı onun üzərindən, avtomobilindən və yaşadığı evdən ümumilikdə 15 qramdan artıq tiryək, 4 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Biləsuvar RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.