25 08 2025-cu il Bakı 31 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

İmanın müəllimi danışdı: Günahkar valideynlərdir

30.01.2020

İman oğlumla bir sinifdə oxuyub, çox sakit uşaq idi,
Bu sözləri həyat yoldaşı Fatimə Qəmbərovanı öldürməkdə təqsirli bilinən İman Məmmədovun oxuduğu Sığıncaq kənd orta məktəbində müəllimə işləyən İhamə Əsgərova deyib. O, ibtidai sinifdə dərs dediyi İman Məmmədovun belə bir qətli törədən biləcəyinə inanmadığını bildirib:
"Bu hadisə necə oldu biz də anlaya bilmirik. İman çox sakit və tərbiyəli uşaq idi. Gözündə problem var idi zəif görürdü. Hamı onu uşaq gözündə görürdü. O evlənəndə hətta hamı İmanın ailəsini qınamışdı".
İ.Əsgərova Fatimə ilə İmanın 3 il nişanlı olduqlarını söyləyib:
"Aralarında söz-söhbət olması ilə bağlı bir xəbər çıxmamışdı. Amma bu hadisədə günahkar valideynlərdir. Çünki oğlanın yaşı az idi, evlilik üçün hazır deyil idi".
Qeyd edək ki, Masallıda iki həftə əvvəl toyu olan 16 yaşlı Fatimə Qəmbərova 2001-ci il təvəllüdlü əri İman Məmmədov tərəfindən öldürülüb.