29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ölənləri dəfn etmək qadağan edildi - Çində

30.01.2020

Çinin paytaxtı Pekində koronavirusla əlaqədar evlənmək və ölənləri dəfn etmək müvəqqəti olaraq qadağan edilib.
Report xəbər verir ki, dəfnin qadağası vida mərasimlərinə 10-dan 100-dək insanın toplaşması ilə bağlıdır.
Məlumata görə, sevgili olan şəxslər Çində məşhur 2 fevral tarixində evlilik mərasimlərini keçirə bilməyəcəklər.
Bildirilib ki, 2020-ci ilin 2 fevral tarixi Çin dilində "mən səni sevirəm, səni sevirəm” ifadəsi ilə eyni səslənir.
Qeyd edək ki, bir həftə əvvəl Pekin rəhbərliyi 25 yanvar Çin Yeni ili ilə bağlı bütün böyük tədbirlərin koronavirusun yayılması ilə əlaqədar keçirilməsindən imtina edib.
Xatırladaq ki, Çinin Hubey vilayətinin Uhan şəhərində yayılmağa başlayan yeni koronavirus nəticəsində 170 nəfər ölüb, yoluxanları sayı isə 7710-u ötüb. Yoluxucu virus indiyə qədər ABŞ, Fransa, Almaniya, Cənubi Koreya, Avstraliyanın da olduğu ən az 21 ölkədə aşkarlanıb.