29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ucar sakinləri susuzdur - VİDEO

30.01.2020

Son bir neçə ayda havaların həddindən artıq quraq keçməsi Ucar rayonunda su çatışmazlığına səbəb olub.
Bərgüşad kəndi rayon mərkəzindən 35 km uzaq məsafədə olduğu üçün kanallarda olan az su da ünvanına çatmır.
Sakinlər altı aya yaxındır ki, su çatışmazlığından əziyyət çəkirlər. Onlar içməli suyu maşınla alırlar. Su maşınları isə 5-6 ton suyu 30-40 manata gətirir.
Dəfələrlə yerli sakinlər bələdiyyə və icra nümayəndəliyinin qəbulunda olsalar da, heç bir nəticəsi olmayıb. Payız aylarında əkilən taxıl sahələri isə hələ suvarılmayıb.
Ucar Suvarma Sistemləri İdarəsindən isə bildiriblər ki, hazırda su kanallarında və çaylarda suyun səviyyəsinin aşağı düşməsi Bərgüşad kəndi ilə yanaşı, bir neçə kənddə də su çatışmazlığı yaradıb.
Ucar rayonunda suvarılan sahələrin 80 faizi Yuxarı Şirvan kanalının, qalan 20 faizi isə Göyçay və Türyan çaylarının payına düşür. Hazırda isə Göyçay, Türyan və Yuxarı Şirvan kanalında suyun səviyyəsi normadan çox aşağıdır.