29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Röya müəllim olmaq istəyir - FOTO

30.01.2020

Xalq artisti Röya Ayxan özünü pedaqoq kimi sınamağa qərar verib.
Buna təkan verən isə vaxtilə "W-Trio" qrupunda birgə səhnəyə çıxdığı müğənni Elnarə Xəlilova olub.
Sənətçi açıqlamasında "ATV maqazin onlarla" proqramında Röyaya və Natavan Həbibiyə sahib olduğu məktəbdə müəllimlik təklif edən Elnarənin fikirlərinə belə münasibət bildirib:
"Çox gözəl fikirdir və mən Elnarənin yanındayam. Hazırda solo konsertimə hazırlaşıram və buradan ona müraciət edirəm ki, məktəbində mənə bir otaq ayırsın. Mən orada dərs deyəcəm. Dahi deyiləm, estrada üçün nələrsə edə biləcəmsə, nə yaxşı! Doğurdan da, edərəm. Bəlkə də, tələbələr arasından elə biri çıxacaq ki, çoxdandır arzum olan prodüserlik fəaliyyətinə başlayım? Bəlkə də, konsert ərəfəsində məktəbə qonaq getdim. Bilmək olmaz".