29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dünyanı sarsıdan virus Azərbaycanda yoxdur? - Ekspert

30.01.2020

Artıq bir neçə ildir ki, dünyada müxtəlif virusların yayıldığı və ölüm hallarının baş verdiyi haqda məlumatlar yayılır. Hazırda da dünyanı Çində qeydə alınmış koronavirus epidemiyası bürüyüb.

Bundan öncə quş və donuz qripləri tüğyan edirdi. Maraqlıdır ki, bu viruslara yoluxma halları bir dəfə də olsun Azərbaycanda müşahidə olunmayıb. Epidemiyaların yayıldığı illər ərzində ölkəmizdə nə quş qripindən insan ölüb, nə donuz qripindən, nə də hansısa başqa epidemiyadan. Bu, ndən qaynaqlanır?

Mövzu ilə bağlı açıqlama verən tibb üzrə professor Adil Qeybulla bildirib ki, burada qeydə alınma məsələsi önəmlidir:

"Xəstəxanalara müxtəlif hallarla müraciətlər olur. Ölüm halları da müşahidə edilir bəzən. Ancaq kim müraciətləri, ağır vəziyyətdə olanları, ölüm hallarını müayinə etdi, qeydə aldı? Axı bu işlər getmədi, biz bu işləri görmədik. Ona görə də tam əminliklə demək mümkün deyil ki, bizdə də bu virusa yoluxma halları baş verib, ya yox. Bu virusların, hətta koronavirusun da hazırda Azərbaycanda olması mümkündür. Çünki Azərbaycanla Çin arasında geniş ticari əlaqələr var. Ölkəyə idxal olunan sənaye və geyim mallarının 70 faizi Çindən gəlir. Ona görə də bu virus Azərbaycanda da ola bilər”.

A.Qeybulla bildirib ki, Çindən Azərbaycana mal gətirən sahibkarın dünyasını dəyişməsi də müəyyən şübhələr yaradır:

"Gülnarə adlı bir sahibkar xanım Sədərəkdən Mərkəzi Klinik Xəstəxanaya nəfəs-tənəffüs çatışmazlığı ilə müraciət edib və bu xəstəlik səbəbindən dünyasını dəyişib. Kim deyə bilər ki, həmin sahibkar xanım koronavirusa yoluxmayıb? Söhbət mövcud epidemiyanın əlamətlərindən gedir. Mən deyə bilmərəm ki, bu gizlədilir və ya aşkar edilmir. Ancaq istənilən halda bu kimi şəxslərdə, həmçinin belə əlamətlərin olduğu xəstəliklər müayinə edilməlidir ki, yoluxma halı varsa, tədbir görülsün. Məsələnin ən pis tərəfi də odur ki, bununla bağlı heç bir informasiya verilmir”.

A.Qeybulla bildirib ki, Gürcüstan və İran kimi səhiyyəsi güclü olan ölkələrdə qış fəsli müddətində donuz qripi yayılıbsa, bunun Azərbaycana keçmə ehtimalı var:

"Virus varsa və hər iki sərhəd ölkədə müşahidə edilirsə, bizim ölkədə də müşahidə edilməsi mümkündür. Sadəcə dəqiq və rəsmi heç bir informasiya verilmədiyi üçün kimlərin buna yoluxduğu bilinmir. Hətta yoluxma hallarında belə ağırlaşma, ölüm müşahidə edilərkən də o xəstəliyin əlamətləri, hansı xəstəlik olduğu müəyyənləşdirilmir. Ona görə də hətta ölən şəxsin ailəsi də dəqiq diaqnozu bilmir”.

Qeyd edək ki, Çini cənginə alan koronovirusa 7711 nəfər yoluxub, onlardan artıq 170 nəfər ölüb. Bu virus dünyanın bir çox ölkəsinə yayılıb.