29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Makron İlham Əliyevə zəng etdi

30.01.2020

Fransa Prezidenti Emmanuel Makron yanvarın 29-da Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Xəbər verildiyikimi, söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə edilib, hər iki tərəf əlaqələrin inkişafından məmnun olduqlarını bildirib, iqtisadi sahədə əməkdaşlığın genişləndiyi vurğulanıb.
Dövlət başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri müzakirə ediblər. Prezident İlham Əliyev münaqişənin nizama salınması ilə bağlı Azərbaycanın mövqeyini bir daha Fransa Prezidentinə çatdırıb.
Telefon danışığı zamanı, həmçinin regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.