29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Macrondan erməni açıqlaması

30.01.2020

Fransa prezidenti Emmanuel Macron, erməni iddialarının rədd edilməsinə görə cəza tədbirləri görüldüyünü bildirərək, mürtəce bir bəyanat imzaladı.
Macron Fransa Erməni Dərnəklərinin Koordinasiya Şurasının (CCAF) təşkil etdiyi illik şam yeməyində iştirak edərkən  ölkədə və Ermənistanda yaşayan erməniləri hər zaman dəstəkləyəcəklərini ifadə edib və  "CCAF"ın erməni iddialarının rədd edilməsini cəzalandırmaq istəyi olduğunu və bununla bağlı hüquqi bir "araşdırma" aparıldığını deyib
Qeyd edək ki, Fransa Konstitusiya Məhkəməsi 2 il əvvəl "bəzi cinayətlərin cinayət kimi rədd edilməsi" ilə əlaqədar qanunun müvafiq müddəasını, o cümlədən 1915-ci il hadisələri ilə bağlı erməni iddialarını ləğv edib.
Qanuni düzəlişdə 1915-ci il hadisələri ilə bağlı irəli sürülən iddialara dair birbaşa açıqlama verilməyib. Bununla yanaşı, qanunun 1915-ci il hadisələri "soyqırım" anlayışını "nifrət cinayəti" daxilində qoyaraq bu mövzuda cəza üçün yol açacağı bildirilib.
Bu qanuna görə, bir şəxsə 1 il həbs cəzası və 40.000 avro cərimə ediləcək.
Onu da qeyd edək ki, Nikolya Sarkozinin prezidentliyi dövründə Fransada qəbul edilən oxşar qanun - "ifadə azadlığını məhdudlaşdırılması" da  Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilmişdi.