09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Naxçıvanda döyüş atışlı taktiki təlimlər keçirildi

16.05.2018

Əlahiddə Ümumqoşun Ordunun raket-artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib.
"Dövran Media" Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, təlimlərdə düşmənin qəfil hücumunun dəf edilməsi və müdafiənin əlverişli hədlər üzrə bərpası vəzifələri icra olunub.
Təlimlərdə bütün tapşırıqlar uğurla yerinə yetirilib və qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Tapşırıqların uğurla yerinə yetirilməsi bir daha göstərir ki, bu gün özünün yüksək döyüş qabiliyyəti ilə seçilən və müasir hərbi texnikalarla tam təchiz edilən Əlahiddə Ümumqoşun Ordu regiondankənar digər hərbi birləşmələrin köməyi olmadan müstəqil şəkildə istənilən döyüş əməliyyatlarının koordinasiyasını həyata keçirmək və qarşıya qoyulan bütün vəzifələri dəqiqliklə yerinə yetirmək imkanına malikdir.