"Toyota" Çində istehsalı  DAYANDIRDI 
    
                          
     
                         29.01.2020
 
    
                        Yaponiyanın "Toyota Motor Corp" şirkəti yayılmaqda olan koronavirus səbəbindən Çində avtomobil istehsalını müvəqqəti olaraq dayandırıb.
Şirkət bu gündən etibarən Çindəki zavodlarının fəaliyyətini 9 fevral tarixinədək dayandırıb. Bundan əlavə, "Ford Motor", "Fiat Chrysler" və "Volkswagen of America" kimi digər avtomobil istehsalçıları da iş əməliyyatlarına məhdudiyyət qoyublar. "Honda Motor" və "PSA Group" koronavirusun yayılmasının episentri olan Vuxan şəhərindən işçilərini geri çağırır.
Qeyd edək ki, Çində fəaliyyət göstərən bir çox maliyyə təşkilatı, o cümlədən Kanadanın "Sun Life Financial Inc." sığorta şirkəti, İsveçrənin "Credit Suisse Group" və ABŞ-ın "Morgan Stanley" kimi banklar işçilərinə evdən işləməyi tövsiyə edib.