Tacikistanda zəlzələ   - 5 bal gücündə... 
    
                          
     
                         29.01.2020
 
    
                        Tacikistanda Rixter cədvəli ilə 5 bal gücündə zəlzələ baş verib.
Xəbər verildiyi kimi, zəlzələnin episentri paytaxt Düşənbədən 160 kilometr şimal-şərqdə, Sanqvor rayonunda qeydə alınıb.
Paytaxtda yeraltı təkanlar 3 bal gücündə hiss olunub.
Təbiət hadisəsi nəticəsində hər hansı bir itki və ya fəsadların olmadığı deyilir.