04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Leysan 63 nəfərin həyatına son qoydu

29.01.2020

Braziliyanın cənub-şərqində leysan nəticəsində ölənlərin sayı 63-ə çatıb.  TASS informasiya agentliyi xəbər verir ki, bu barədə Braziliyanın xilasedici xidmətləri məlumat yayıb.

Ən çox insan tələfatı (52 nəfər) Minas-Jerays ştatında olub. Yüzdən çox bələdiyyədə fövqəladə vəziyyət elan edilib. Sel və torpaq sürüşməsi səbəbindən 29 mindən çox sakin təxliyə olunub. Espiritu-Santu ştatında 9 nəfər ölüb. Ümumilikdə 13 min insan evlərini tərk etməyə məcbur olub. Təbii fəlakət nəticəsində iki nəfər isə Rio-de-Janeyroda ölüb. Burada da 13 min insanın kütləvi təxliyəsi aparılır.