09 05 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yazov ömürlük həbs oluna bilər

16.05.2018

 Litva SSRİ-nin kecmiş müdafiə nazirinə ömürlük həbs cəzası tələb edib.
"Dövran Media” Rusiya mətbuatına istinadən xəbər verir ki, Dmitri Yazova 1991-ci ildə təşkil etdiyi mütəşəkkil dəstə ilə silah gücünə Litvani Sovet İttifaqının tərkibinə qaytarmaq cəhdinə ğörə ittiham irəli sürülüb. Ria.novostinin verdiyi xəbərə görə Litvanın baş prokurorluğu SSRİ-nin kecmiş müdafiə naziri Dmitri Yazova və sovet ordusunun Vilnüs qarnizonunun keçmiş rəisi Vladimir Usxopcikə ömürlük azadlıqdan məhrum etmə cəzacı tələb edib. Vilnüs şəhərinin dairə məhkəməsi Yazovu 27 il əvvəl 160 hərbi və siyasi xadimlərdən ibarət olan qrupun yaradılmasında itiham edib. Hansi ki, həmin dəstə Litvanı SSRİ-nin tərkibinə qaytarmağa cəhd edərək silahdan istifadə etmiş və bu da dinc əhali arasında
qurbanlara gətirib çıxarmışdı. Bildirilir ki, bu hərbi cinayətdi və bu hərəkət insanlığa qarşı cinayət kimi qiymətləndirilməlidir. Xatırladaq ki, 1990-ci il martın 11-də Litvanın Ali məhkəməsi respublikanın müstəqilliyini elan edib. 1991-ci ilin yanvarında ölkədə etirazlar başlamış və bu aksiyalar zamanı 14 nəfər həlak olmuş, 600 nəfərdən cox insan yaralanmışdı. Litva məhkəməsi bu işə 2016-ci ilin əvvəlindən baxır. Bu, respublikanın məhkəmə təcrübəsində ən böyüyüdür.