03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ÇİN: Ölənlər- 132, Yoluxanlar- 6000

29.01.2020

Çində koronavirusa (2019-nCoV) yoluxanların sayı 5974 nəfərə çatıb, 132 nəfər epidemiya nəticəsində ölüb.
TASS informasiya agentliyi xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, xəstəliyə yoluxanlardan 1239 nəfərin vəziyyəti ağırdır. Habelə 9,2 min insanda koronavirus əlamətləri müşahidə edilir, lakin diaqnoz təsdiqlənməyib. Karantində təxminən 60 min nəfər var.
Yoluxanların yarıdan çoxu (3,5 min yoluxan və 125 nəfər ölən) Xubey əyalətinin payına düşür. Əyalətin inzibati mərkəzi Uxan əvvəlcədən epidemiyanın yayıldığı ocaqdır.
Bundan başqa, Quandunda 207, Xenanda 206, Çjetszyanda 173, Xunanda 143 və Çuntsində 132 nəfər bu xəstəliyə yoluxub. Çinin bu xəstəlikdən azad regionlarından olan Tibetdə də xəstəliyə ilk yoluxma halı qeydə alınıb.