XİN-nin Çindəkı vətəndaşlarımızın təxliyyəsi ilə bağlı   açıqlaması 
    
                          
     
                         28.01.2020
 
    
                        Koronavirusun aşkarlandığı Çinin Uxan şəhərindən Azərbaycan vətəndaşlarının təxliyyəsi ilə bağlı danışıqlar aparılır.
Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
"Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyi Çin hökuməti ilə xüsusən Uxan şəhərində olan vətəndaşlarımızın təxliyyəsi ilə bağlı danışıqlar aparır. Bu, bizim üçün çox ciddi məsələdir. Bu istiqamətdə Çin hökuməti ilə danışıqlar aparılmaqdadır”, - deyə XİN rəsmisi vurğulayıb.
Xatırladaq ki, Çində yeni növ koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb. 106 nəfər xəstəlikdən ölüb.