19 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

240 yaşayış məntəqəsi ilə əlaqə kəsildi - VİDEO

28.01.2020

Rusiyanın Altay bölgəsinə yağan qar bir neçə kəndi ətraf şəhər və qəsəbələrdən tam təcrid edib.
"Kommersant” bölgənin Fövqəladə Hallar Nazirliyində istinadən xəbər verir ki, hazırda ətraf ərazilərlə əlaqəsi kəsilən kəndlərə avtomobil karvanı ərzaq daşıyır.
Avtomobillərin gedə bilmədiyi əraziyə isə ərzaq aeroxizəklə daşınır. Son məlumatlara əsasən, köməyə ehtiyacı olan 240 yaşayış məntəqəsindən yalnız 24-nə hələlik yardım çatdırmaq mümkün olmayıb.
Qeyd edək ki, sinoptiklər ötən həftə Altay bölgəsində qar fırtınası olacağı haqqında xəbərdarlıq ediblər. Regiondn yerləşən 10 magistral yolda bütün növ nəqliyyat vasitələrinin hərəkətinə qadağa qoyulub.