26 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qonşu ölkədə yenə zəlzələ oldu

28.01.2020

İranın İsfahan vilayətinin Bərzok rayonunda 4 bal gücündə zəlzələ baş verib.
Xəbər verildiyi kimi, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.
Zəlzələ yerli vaxtla saat 11:42-də 15 km dərinlikdə qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
Xatırladaq ki, ötən il 8 noyabrda İranın Şərqi Azərbaycan vilayətinin Miyana rayonunun Tərk şəhəri ətrafında yerli vaxtla saat 02:17-də 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 5 nəfər həlak olub, 700-dən çox insan yaralanıb.
Qeyd edək ki, ötən gün də İranın cənub-qərbində 5.4 bal gücündə zəlzələ baş verib.