27 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çinli tibb bacısından dünyaya çağırış: ...bizə kömək edin -VİDEO

28.01.2020

Çində ölümcül virusa yoluxanlarla bağlı xəbərlər durmadan artır. Lakin bəzi mənbələr rəsmi rəqəmlərin real olmadığını iddia edir.
Xəbər verildiyi kimi, Çin höküməti Vuhan şəhərində yayılan koronavirusa təxminən 3 min insanın yoluxduğunu bildirib. Lakin bir tibb bacısının rəsmi rəqəmləri yalanlayaraq çəkdiyi videosu dünya gündəminə düşüb. Tibb bacısı dünyadan kömək istəyərək bildirib ki, hökumətin göstərdiyi rəqəmlər reallığı əks etdirmir:
"Hal-hazırda Hubey əyalətində və ümumiyyətlə Çində virusa 90 min insan yoluxub. Bu videonu izləyənlərin evdən çıxmamalarını tövsiyə edirəm. Hökumətin nə dediyi vecimizə deyil. Xahiş edirəm, Vuhana maska, eynək, geyim və ərzaq bağışlayın. Xahiş edirəm bizə kömək edin"./medicina.az/