28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Virusun qorxunc nəticələri: İnsanlar küçədə ölürlər - VİDEO+FOTO

24.01.2020

Çinin karantin tətbiq edilən Uxan şəhərindən qorxulu xəbərlər gəlməyə davam edir. Belə ki, ölümcül koronavirusa tutulan insanlar elə küçədə yıxılıb ölürlər. Bununla bağlı sosial şəbəkələrdə videolar yayılıb.
Bu barədə "Haber 7” xəbər yayıb. Qeyd edək ki, Çində 2019-nCoV koronavirusu epidemiyası ilə əlaqədar 10 şəhərdə karantin elan olunub. Son məlumatlara görə, 849 nəfər bu virusa yoluxub, onlardan 177-nin vəziyyəti ağır qiymətləndirilir. Bundan başqa, ölümcül virusa yoluxan 26 nəfər həyatını itirib.
Ən dəhşətli vəziyyət Uxandadır. Belə ki, panikaya düşən sakinlər ərzaq mağazalarına axışaraq, talan ediblər.
Epidemiyaya yoluxma ilə bağlı artıq Rusiya, Yaponiya, Cənubi Koreya, Tayland, ABŞ, Vyetnam və Səudiyyə Ərəbistanında bir neçə hal qeydə alınıb.