28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ötən gün şimal bölgəsində temperatur mənfi 17 dərəcə olub

24.01.2020

Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti kəskin dəyişib.
Xəbər verildiyi kimi, yanvarın 23-ü gecə saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağır.
Qusarın Ləzə kəndində temperatur mənfi 17 dərəcəyədək düşüb.
Ən çox qar Qusar rayonu ərazisində qeydə alınıb. Rayonun Ləzə kəndində qarın hündürlüyü 15 santimetrə çatıb.
Qubanın Xınalıq kəndində 6, Qırızda 7, həmçinin Xızının Altıağac qəsəbəsində qarın hündürlüyü 2 santimetrdir.
Şimal rayonlarında hazırda qar yağmaqda davam edir.