28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Məktəbli qızları oğurlamaq istəyən qadınla bağlı mühüm fakt - FOTO

24.01.2020

Bakıda naməlum qadının məktəbli qızları aldadaraq oğurlamağa cəhd etməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Xəbər verildiyi kimi, Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Sülh küçəsi 32 ünvanında yerləşən
96 nömrəli məktəbin həyətində qızları aldadaraq aparmaq istəyən qadın onlara telefon verəcəyini vəd edirmiş.
Belə ki, həmin qadın iki azyaşlı qızı dilə tutaraq "gəlin gedək sizə maşından telefon verim" dediyini duyan valideynlər müdaxilə ediblər və qadın 3 kişinin olduğu maşına əyləşərək ərazidən uzaqlaşıb.
Bildirilir ki, həmin qadın 96 saylı orta məktəbdə oxuyan uşaqlardan heç birinin valideyni deyil və bir müddətdir həmin məktəbin yanına gəlib hansı uşağın valideynləri ilə, hansının tək gedib-gəldiyini izləyirmiş.
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlar nəzarətə götürülüb.
"Tərəfimizdən müvafiq araşdırmalar davam etdirilir”, - o deyib.