05 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Teymur Rəcəbov Rusiyanın yüksək vəzifəli şəxsi ilə görüşdü

23.01.2020

Şahmat üzrə dünya kubokunun qalibi Teymur Rəcəbov və rusiyalı həmkarı Sergey Karyakin Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbərinin birinci müavini Sergey Kiriyenko ilə görüşüb.
Dünya kubokunda qələbə münasibətilə Teymur Rəcəbovu təbrik edən S.Kiriyenko Azərbaycan şahmatçısına iddiaçılar turnirində uğurlar arzulayıb.
Dünya kubokunda qələbə sayəsində iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbov mötəbər yarışda iştirak edəcək səkkiz şahmatçı sırasındadır. Şahmatçımız hazırda Moskvada təlim-məşq toplanışındadır.

Yekaterinburqda təşkil olunacaq iddiaçılar turniri martın 15-də start götürəcək.