05 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya və İsrail arasında gözlənilməz ANLAŞMA

23.01.2020

İsrailin Rusiyada həbsdə olan bir vətəndaşının azad edilməsi müqabilində Qüdsdəki bir ərazi və burada yerləşən infrastrukturun mülkiyyət hüququ Moskvaya verilib.
Bu barədə İsraildə nəşr olunan "Maariv” qəzeti məlumat yayıb.
Qəzet Moskva və Təl-Əviv arasında bu barədə anlaşmanın keçən il imzaladığını yazıb. Nəşrin ələ keçirdiyi rəsmi sənəddə Qüdsün "Qədim şəhər” adlanan bölgəsində yerləşən Aleksandr Meydanının mülkiyyətini satın almaq istəyinə İsrail hökumətindən müsbət cavab verildiyi qeyd edilib.
Rusiya hökuməti anlaşma çərçivəsində satın aldığı meydanda yerləşən Aleksandr Nevski kilsəsi və digər binaların da mülkiyyət hüququna sahib olub.
Meydan ərazisinin 1859-cu ildə rus çarı III Aleksandra satıldığı qeyd edilən məlumatda 1917-ci ildə Rusiyada baş verən bolşevik inqilabından sonra meydanın mülkiyyət hüququ üzərində anlaşılmazlıq yarandığı vurğulanıb.
Məlumatda mülkiyyətlə bağlı çəkişən tərəflərdən birinin yəhudi əsilli bir Almaniya vətəndaşının rəhbəri olduğu Fələstin Rus Ortodoks Dərnəyi, digərinin isə Rusiya Prezidenti Vladimir Putin və Kremlə yaxınlığı ilə bilinən Fələstin Prussiya Dərnəyi olduğu iddia edilib
Rusiya və İsrail rəhbərləri arasında əldə edilmiş bu anlaşmanın bölgədə gərginlik yaradacağı istisna olunmayıb.