05 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Avtobusların hərəkət sxemi dəyişdirildi - Bakıda

23.01.2020

Bakıda 3 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. 
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, 117 nömrəli müntəzəm marşrut xətti üzrə edilən dəyişikliyə əsasən, avtobuslar Salyan şosesindən keçməklə "Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzinə hərəkət edəcəklər. "Binə” və "Sədərək” ticarət mərkəzlərini birləşdirən yolun vəziyyəti qənaətbəxş olmadığından avtobusların buradan keçməsi çətinliklər yaradırdı. Bu hal sərnişinlərin də ciddi narahatlığına səbəb olurdu. 
185 nömrəli müntəzəm marşrut xətti üzrə edilən dəyişikliyə əsasən isə  avtobuslar Yusif Vəliyev - Dadaş Vasif - İsrafil Məmmədov küçələrindən keçməklə hərəkət edəcək.
206 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi də dəyişdirilib. Dəyişikliyə əsasən, bu xətt üzrə avtobuslar Lökbatan qəsəbəsi "Təzə evlər” adlanan əraziyədək hərəkət edəcək. Bu isə həmin ərazidə yaşayan sakinlərin "Elmlər Akademiyası” metro stansiyası istiqamətində rahat gediş-gəlişinin təmin edilməsinə imkan verəcək.