09 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putin KamAZ sürür + VİDEO

15.05.2018

Rusiya prezidenti Vladimir Putin bu gün Rusiyanın materik hissəsini Krım yarımadası ilə birləşdirən "Krım körpüsü”nün təntənəli açılış mərasimində iştirak edib.
"Dövran Media" xəbər verir ki, dövlət başçısı KamAZ yük avtomobilinin sükanı arxasına keçərək, körpü ilə ilk hərəkət edən maşını idarə edib.
Körpünün uzunluğu 19 kilometrdir. Onunla paralel dəmiryolu körpüsü də tikilməkdədir. Avtomobil körpüsünün tikintisinə 2016-cı ildə başlanıb. Körpüdə yol verilən sürət həddi saatda 120 kilometrdir.
Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, "Krım körpüsü” Putinin ən iddialı layihələri belə həyata keçirmək bacarığının sübutudur.