29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

GLORİA Fransanı vurdu

23.01.2020

Fransanın cənubuna doğru irəliləyən Gloria fırtınasının səbəb olduğu güclü yağışlar nəticəsində daşqınlar meydana gəlib.
İspaniyada  8 nəfərin ölümünə səbəb olan Gloria fırtınası Fransanın cənub-qərbinə irəliləyib. Pyrenees-Orientales və Aude bölgələrində 3 gün davamlı yağan yağış nəticəsində küçələr su altında qalıb. Bölgələrdə qırmızı həyəcan siqnalı verilsə də, həftə boyu təsirli olacaq fırtına səbəb ola biləcək sel fəlakətinə qarşı sahil və kanal mühitində ehtiyat tədbirləri görülüb.
Çaylarda daşqınlar baş verdiyindən rəsmilər xalqı ehtiyatlı olmağa çağırıblar. Bölgədə istifadəyə verilən 350 yanğınsöndürən maşınının hazır vəziyyətə gətirildiyi və çaydakı suyun səviyyəsinin mütəmadi olaraq yoxlandığı bildirilir.