29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hava kəskin soyuyur: "Azəristilik" iş rejimini gücləndirəcək

23.01.2020

Ölkədə hava temperaturunun kəskin dəyişməsi ilə əlaqədar "Azəristiliktəchizat” gücləndirilmiş iş rejminə keçəcək.
 "Azəristiliktəchizat”ın mətbuat katibi Rafiq Əliyev bildirib ki, havanın temperaturu aşağı düşdükcə qazanxanalardan verilən temperatur da artırılacaq:
"Havanın temperaturundan asılı olaraq qazanxanalarda mənzillərə və sosial obyektlərə verilən istiliyin temperaturu tənzimlənir. Bu gündən etibarən havaların soyuq keçməsi ilə əlaqədar "Azəristiliktəchizat”ın çağrı mərkəzi, qəza təmir və digər xidmətləri gücləndirilmiş iş rejimində çalışacaq və fasiləsiz iş rejimi təmin olunacaq”.
Qeyd edək ki, ötən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvarın 23-ü və 24-də hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.