Türkiyədə kabus gecə:  5-ci ZƏLZƏLƏ 
    
                          
     
                         23.01.2020
 
    
                        Ötən gün axşam saatlarında baş verən ardıcıl zəlzələdən sonra növbəti zəlzələlər Ankarada baş verib.
Ankaranın Ağyurd ilçəsində 3,8 və 4,5 bal gücündə olan zəlzələ ətraf ərazilərdə də hiss edilib.
Məlumatda bildirilir ki, 3,8 bal gücündə zəlzələ yerli vaxtla səhər 06:42, 4,5 bal gücündəki zəlzələ isə 06:54-də baş verib.
Birinci zəlzələ yerin 7, ikinci isə 13 kilometrliyində qeydə alınıb.
İlkin məlumata görə, tələfat yoxdur.
Qeyd edək ki, ötən gecə Manisada ardıcıl zəlzələlər olmuşdu.