30 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qadın avtomobili divardan-divara çırpdı - VİDEO

22.01.2020

Kamçatkada qadın sürücü pedalların yerini səhv salaraq avtomobili iki tikilinin divarına çırpıb.
İnsident yanvarın 21-də axşam saatlarında Svetlom Elizovsk qəsəbəsində baş verib.
Məlumata görə, kafe müştərilərindən olan qadın sükan arxasına keçərək mühərriki işə salıb. Bundan sonra avtomobili hərəkətə gətirən qadın avtomobili öncə kafenin alt hissəsində yerləşən mağazanın divarına, ardınca da bir idarəyə çırpıb.
Hadisədən sonra kafe işçilərindən biri, qəzanın, xanım sürücünün qaz və əyləc pedallarının yerini səhv salması səbəbindən baş verdiyini bildirib.
Hadisə zamanı xəsarət alana olmasa da, mağazaya ciddi ziyan dəyib.
Qadın dükan sahibi ilə razılaşaraq dəyən zərəri ödəyəcəyini bildirib və əraziyə polis çağırmağa da ehtiyac qalmayıb.