30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Erməni oliqarxlar Kəlbəcər və Laçını məhv edir - Kananyan

22.01.2020

Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan erməni politoloq Aleksandr Kananyan Tərtərçay üzərində tikilən kiçik hidroelektrik stansiyanın tikintisinin dayandırılması tələb ilə aclıq aksiyası elan edib.
Kananyan çay üzərində artıq dördüncü stansiyanın tikildiyini və bunun ekologiyaya zərər vurduğunu bildirib.
"İmperativ sferaların inkişafı yerinə Qarabağın oliqarxları onlarla kiçik hidroelektrik stansiya tikirlər. 160 kilometr uzunluqda olan Qarabağın əsas çayı artıq boru kəmərləri ilə axır. Onlarla kvadrat kilometr ərazi sudan məhrum qalıb. Bəzi oliqarxların acgözlüyü ucbatından Kəlbəcər və Laçın rayonları normal inkişaf perspektivlərindən, tam məskunlaşmadan məhrum olub”, – deyə o söyləyib.