05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Senat Trampın qərarını TƏSDİQLƏDİ

22.01.2020

ABŞ Senatı Prezident Donald Trampın impiçmenti ilə bağlı məhkəmə qaydalarını təsdiqləyib.
Senatda respublikaçıların lideri Mitç MakKonelin təklif etdiyi qaydalar qəbul olunub.
Respublikaçı MakKonelin təqdim etdiyi qaydalar 53 respublikaçının dəstəyini alıb, demokratların 47 təmsilçisi isə bu qaydaların əleyhinə səs verib.  
Qeyd edək ki, impiçmentlə bağlı məhkəmənin necə aparılacağına dair respublikaçıların Senatdakı lideri Mitç MakKonel və onun demokrat həmkarı Çak Şumer qaydalar təqdim edib.
Respublikaçıların lideri məhkəmə prosesinin qısa zamanda keçirilməsi və bəraət təklif edir. MakKonelin ilkin təklifinə əsasən hər iki tərəfə (Respublikaçılar və Demokratlar) çıxışlar üçün iki gün verilirdi, lakin demokratların kəskin etirazından sonra MakKonel dinləmələr üçün hər iki tərəfə üç gün verilməsi ilə bağlı düzəliş edib. O, həmçinin D. Trampa qarşı Nümayəndələr Palatasının topladığı dəlillərin məhkəmədə istifadəsinə etiraz edəcəyini bildirsə də, iclasda bu təklifindən imtina edib.
Digər qaydalara əsasən, isə proses zamanı "Twitter"dən istifadəyə icazə verilmir və kənar materialların otağa gətirilməsi qadağandır. Dinləmələr zamanı senatorların yanında oturanlarla danışmasına da icazə verilmir.