05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Məzahir Pənahov: “Bunu etməyə heç kimin ixtiyarı yoxdur”

22.01.2020

"Müasir dünyada hamının sosial şəbəkələrə girişi bərabərhüquqludur”. 
Bunu bu gün "Seçki mübahisələrinin məhkəmə qaydasında həlli" mövzusunda keçirilən seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzair Pənahov bildirib.
MSK sədri deyib ki, bu gün dünyanı sosial şəbəkələr idarə edir: "Dövlətin idarəçilik sistemindən asılı olmayaraq, istənilən ölkənin vətəndaşının sosial şəbəkələrə girişi bərabərhüquqludur. Növbəti addımlarda cəmiyyətin fəaliyyətini tənzimləyən bütün qaydalar, qanunlar sosial şəbəkələrlə tənzimləncək. Bu reallığı hər kəs gözünün qarşısına gətirməlidir”. 
M. Pənahov bildirib ki, məntəqəyə daxil olan vətəndaşın telefonunu əlindən almağa heç kimin ixtiyarı yoxdur: "Siz bütün dünyanın gözü qarşısındasınız. Dediklərimin çoxunu burada oturanlar gözəl bilsə də, açıq şəkildə müzakirəyə etmək istəmir. Amma açıq şəkildə müzakirə edilən problemlər həll edilməyə bir addım qalan problemlərdir”.