09 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ramazan ayının başlanması ilə bağlı fitva verildi

15.05.2018

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilar Şurası Ramazan ayının başlanması ilə bağlı fitva verib.
"Dövran Media"nın məlumatına görə, fitvada deyilir ki, bu il Azərbaycanda Ramazan ayı miladi təqvimi ilə mayın 17-də başlayacaq.
Fitvada bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının builki hesablamalarına əsasən, ölkə ərazisinin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Ayın görünməsi miladi təqvimlə mayın 17-nə təsadüf edəcək. Ayın göründüyü andan etibarən Ramazan ayı başlayacaq. 
Qeyd edək ki, Ramazan ayının son günü iyunun 14-nə təsadüf edir. İyunun 15-16-sı Azərbaycanda Ramazan bayramıdır.