Putin yeni qanun layihəsini  Dövlət Dumasına təqdim edib 
    
                          
     
                         20.01.2020
 
    
                        Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Konstitusiyaya dəyişikliklə bağlı qanun layihəsini Dövlət Dumasına təqdim edib.
Bunu jurnalistlərə açıqlamasında Prezidentin mətbuat katibi Dmitri Peskov deyib.
"Rusiya Prezidentinin qanun layihəsinin Dövlət Dumasında baxılmasında təmsilçiləri Konstitusiya Komissiyasının həmsədrləri Andrey Klişas, Pavel Kraşeninnikov və Taliyə Xabriyeva olacaq", - deyə D. Peskov bildirib.