09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə ABŞ və İsrail səfirlərini geri çağırdı - SƏBƏB

15.05.2018

Ankara Vaşinton və Təl-Əvivdəki səfirlərini məsləhətləşmək üçün geri çağırıb.
 "Dövran Media" xəbər verir ki, bu barədə Türkiyə lideri Ərdoğan danışıb. O, Qəzzada baş verən insanlıq dramını lənətlədiyini bildirib.
"İsrail terrorizmi yayır və bir terror dövlətidir. ABŞ İsraillə rəhmsiz razılaşmaya gedib. Hücumlar İsrailin çirkin simasının göstəricisidir. Fələstinli qardaşlarımıza dəstək üçün 3 gün matəm elan etmişik. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə toplantısını keçirilməsini tələb edirik. Cümə günü Yeni Qapı meydanında zülmə qarşı böyük nümayiş təşkil edəcəyik. Bütün imkanlarımızla fələstinlilərin yanındayıq.
BMT baş katibi və hörmətli Mahmud Abbas başda olmaqla, bir çox liderlərlə bu mövzuda görüşlər keçirəcəyəm. Xristian, musəvi və digər inanc sahiblərini bu haqsızlığa qarşı səslərini ucaltmağa çağırıram”, - deyə Ərdoğan bildirib.
Ərdoğan həmçinin BMT Təhlükəsizlik Şurasının çağırılmasını da tələb edib.
Qeyd edək ki, İsrail hərbçilərinin ötən gün dinc aksiyaçılara atəş açması nəticəsində, ən son məlumata görə, 55 fələstinli ölüb, 1771-i yaralanıb.
BMT TŞ-nin olayla bağlı iclası sabah keçiriləcək.