28 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qatarların səssiz hərəkəti təmin ediləcək

17.01.2020

"Bakı Metropoliteni" QSC tərəfindən qatarların hərəkət etdiyi yollarda dəmir-beton bloklarının quraşdırılması qatarların daha səssiz hərəkət etməsini təmin edəcək. 
Bunu "APA-Economics"ə "Bakı Metropoliteni" QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, dəmir beton bloklarının xüsusi üstünlüyü ondan ibarətdir və burada relslə beton blok arasında olan təbəqələrdə müxtəlif materiallardan istifadə edilir ki, bu da səs-küyün azaldılmasına səbəb olur.
"İlk dəfə olaraq dəmir-beton bloklardan ibarət olan yeni sistem B3 stansiyası ilə "Memar Əcəmi" stansiyaları arasında olan hissədə tətbiq olunub. Eyni zamanda, "Avtovağzal" stansiyasından üzü "Xocahəsən" deposuna olan tunellərdə də məhz həmin sistemlər olacaq", - deyə B. Məmmədov qeyd edib.