27 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakı bu siyahıda neçəncidir?

17.01.2020

"Numbeo” statistika saytı dünyanın ən bahalı şəhərlərinin reytinqini dərc edib.
Xəbər verildiyi kimi, İsveçrənin Sürix şəhəri siyahıda birinci yeri tutub.
İlk beşliyi digər İsveçrə şəhərləri "zəbt edib”: Bazel, Lozanna, Cenevrə və Bern.
İlk onluqda Stavanger, Oslo, Tronheym (Norveç), Reykyavik (İslandiya) və Bergen (Norveç) şəhərləri qərarlaşıb.
Siyahıda ümumilikdə 440 şəhər yer alıb. Azərbaycanın paytaxtı Bakı 390-cı yerdədir.
Sayt siyahını mağaza və restoranlardakı qiymətlər, nəqliyyatda gediş haqqı, kommunal xidmət xərcləri, eləcə də yerli sakinlərin alıcılıq qabiliyyəti əsasında hazırlayıb.