28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda ağır qəza: Məktəblilər yaralandı

17.01.2020

Bakıda sərnişin avtobusu qəzaya düşüb. 
Hadisə Xəzər rayonunda qeydə alınıb. 
"Aişə” MMC-yə məxsus 107 saylı marşrut xətti üzrə hərəkət edən "Daewo” markalı avtobusla orta məktəb şagirdlərini daşıyan "Mercedes” markalı mikroavtobus toqquşub. 
Qəza zamanı "Mercedes”də olan, 322 saylı orta məktəbin şagirdləri - 2007-ci il təvəllüdlü Məcdinov Nihad Elçin oğlu, 2007-ci il təvəllüdlü Məmmədova Fatimə İlqar qızı müxtəif dərəcəli xəsarətlərlə 3 saylı şəhər Klinik Xəstəxanasına, 2004-cü il təvəllüdlü Nəcəfova Fəridə Zahir qızı 14 saylı Birləşmiş Şəhər Xəstəxanasına, 2002-ci il təvəllüdlü Hüseynli Sevil Habil qızı isə 10 saylı təcili tibbi yardım stansiyasına aparılıb.
Onlara tibbi yardım göstəriləndən sonra evə buraxılıb.