AB Liviyaya ordu göndərə bilər  - İtaliya 
    
                          
     
                         17.01.2020
 
    
                        Avropa Birliyi Liviyaya hərbi kontingent göndərə bilər.
Bunu İtaliya Baş naziri Cuzeppe Konte jurnalistlərə açıqlamasında deyib. O, göndəriləcək AB kontingentinin bu ölkədə sülhün qorunmasını dəstəkləyəcəyini bildirib.
Qeyd edək ki, bundan öncə Türkiyə Liviyaya hərbçilərini göndərib.