“Sülh çeşməsi”ndə üç türk əsgəri həlak olub 
    
                          
     
                         17.01.2020
 
    
                        Suriyanın şimalında, "Sülh çeşməsi” antiterror əməliyyatlarının aparıldığı bölgədə Türk Silahlı Qüvvələrinin üç əsgəri həlak olub.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, hadisə nəqliyyat vasitələrinin yoxlanılması zamanı içində partlayıcı maddənin olduğu maşının terrorçular tərəfindən partladılması nəticəsində baş verib.