28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kanada Harri və Meqanı qəbul etmək istəmir

16.01.2020

Böyük Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl kral ailəsinin maliyyə imtiyazlarından imtina edərək Kanadaya köçmək istəsələr də, Kanada cəmiyyəti onları istəmir.
Bu barədə Kanadanın ən böyük qəzeti "Qlobus və Poçt”da yayımlanan məqalədə qeyd edilib. Məqalədə Harri ilə Meqanın sözügedən qərarının insanlar tərəfindən xoş qarşılanmadığı bildirilib.
Məqalədə Kanada hökumətinin bu qərara "yox” deməsi gərəkdiyi vurğulanıb:
"Bu ölkədə krallıq həyatı Kanadanın Böyük Britaniya ilə, həmçinin, kral ailəsi ilə uzun müddət davam edən münasibətlərin təbiətinə ziddir.
Əgər kral ailəsinin yüksək səviyyəli şəxslərindən birisinizsə, bu ölkə sizi xoş qarşılamaz”.
Qeyd edək ki, Böyük Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl kral ailəsinin maliyyə imtiyazlarından imtina etdiklərini açıqlamşdı. Cütlük ilin yarısını İngiltərədə, yarısını isə Kanadada yaşamaq istədiyini söyləmişdi.