27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Metrodan gələn kabab iyisi bağlı açıqlama

16.01.2020

Bu dəqiqələrdə metronun "Elmlər Akademiyası” stansiyasında qatı tüstü müşahidə edilib.
Tüstü o qədər çox olub ki, görməni məhdudlaşdırıb, hətta SOS da işə salınıb.
Məsələ bağlı "Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, tüstüyə səbəb hansısa yanğın hadisəsi deyil:
"Stansiyalardakı ventilyatorlar iki rejimdə çalışır: biri havanı içəri sovurur, digəri içəridəki havanı çölə vurur. Ventilyatorlarda yaranan qısa nasazlıq səbəbindən bu tüstü müşahidə edilib.
Ventilyatorların avtomtik rejimində dəyişiklik edilib və problem aradan qalxıb”.
B.Məmmədov bildirib ki, narahatlıq üçün əsas yoxdur:
"Bəzən stansiyalarda "kabab iyi gəlir” deyənlər olur. Bu da ventilyatorın çöldən sovurduğu hava ilə əlaqədardır”.