27 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Məşhur müğənninin oğluna iki milyonluq təklif

16.01.2020

Türkiyəli müğənni Özcan Dəniz və oğlu Kuzeyə iki milyon lirə dəyərində reklam təklifi gəlib.
"HaberGlobal”ın məlumatına görə, təklifə müsbət yanaşan müğənni gəliri oğlunun gələcəyi üçün bank hesabına yatırmaq niyyətindədir.
Özcan Dəniz ötən il yataq satışı ilə məşğul olan şirkətlərdən biri üçün reklam çarxına çəkilib. Reklam filminin rejissoru olan Özcan Dəniz çox qısa müddətdə satışları artırıb.
Satışların artmasında məmnun qalan şirkət yeni bir reklam çarxı üçün yenidən Özcan Dənizə müraciət edib. Yeni reklamın uşaq otağı ilə bağlı olacağı üçün şirkət rəsmiləri müğənnidən oğlunu ilk dəfə kamera qarşısına çıxarmasını da istəyiblər.