27 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mişustin görüşlərə başladı

16.01.2020

Rusiya Baş naziri postuna namizəd Mixail Mişustin Dövlət Dumasında fraksiyalarla görüşlərə başlayıb.
Artıq onun Vahid Rusiya və Liberal Demokrat partiyalarının nümayəndələri ilə görüşü başa çatıb. Hazırda Kommunist Partiyası ilə görüş keçirilir.
Görüşdə Dövlət Dumasının sədri Vyaçeslav Volodinin də iştirak etdiyi bildirilir.
"RİA Novosti”nin məlumatına görə, Mişustin Vahid Rusiya Partiyasının nümayəndələri ilə görüşü zamanı bildirib ki, prezidentin mesajını icra edir.
Qeyd edək ki, dünən Dmitri Medvedyev Rusiya hökumətinin istefaya getdiyini açıqlamışdı. Putin Baş nazir vəzifəsinə Mixail Mişustini təklif edib.
Onun namizədliyi bu gün Dumanın plenar iclasında müzakirə ediləcək.