28 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yunanlar qorxuda: Türkiyə adaları da ələ keçirəcək...

16.01.2020

Türkiyə gözlənilməyən yeni hücumlarını davam etdirir. Liviyada etdiklərini başqa ölkələrdə də edir.
Bu barədə məlumatı Türkiyə əleyhinə ardıcıl xəbərlər yayan Yunanıstan mediası paylaşıb.
Yunan mediası əsasən, Liviya ilə imzalanan müqavilələrin memarı olan Hərbi Dəniz Qüvvələrinin rəisi, mayor Cihad Yaycını hədəf alır. Türkiyənin qələbəsini həzm edə bilməyən yunan mətbuatı türklərin əldə etdiklərini sadəcə qorumayacağını, daha da artıracağını bəyan edib.
Qeyd olunur ki, 2011-ci ildə Cihad Yaycı yaydığı məqalədə Türkiyənin dərhal Liviya ilə dəniz müqaviləsi imzalamalı olduğunu bildirmişdi. Təxminən 8 il sonra İstanbulda həmin müqavilə imzalandı. Dekabr ayı ərzində isə Türkiyə bu razılaşmanın koordinatlarını BMT-yə verib.
Yunan mediası israrla Türkiyənin Liviya ilə beynəlxalq hüquqa əsaslanan legitim müqaviləsini "qanunsuz" saymağa çalışır və hətta Türkiyənin Şərqi Aralıq dənizindəki adalara da "nəzarəti ələ keçirəcəyi" iddia edilir.