28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Silahlı toqquşma: 11 polis həlak olub

16.01.2020

Əfqanıstanın şimalında yerləşən Qunduz əyalətində silahlılarla toqquşmada azı 11 polis əməkdaşı həlak olub.
Bu barədə məlumatı yerli hakimiyyət orqanlarına istinadla Sinxua agentliyi yayıb. Dünən baş verən toqquşma zamanı, həmçinin "Taliban” hərəkatının 10 silahlısının da öldürüldüyü bildirilir.
Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən "Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar uzun müddətdir davam edir. Həmçinin ölkədə İŞİD terror qruplaşmasının da fəallığı artır. Milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisiyanın hərbi dəstəyi ilə silahlı qruplaşmalara qarşı bütün ölkə boyu birgə əməliyyatlar keçirirlər.