27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Polis əməliyyat keçirdi: 3 nəfər tutuldu - BAKIDA

16.01.2020

Bakıda keçmiş məhkumlarda külli miqdarda narkotik vasitə aşkarlanıb.
Report-un xəbərinə görə, hadisə paytaxtın Nəsimi və Xətai rayon ərazilərində qeyd edə alınıb.
Belə ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 20-ci Polis Şöbəsi (PŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş R.Səfərovdan 3 kq 156 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Bundan başqa, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ə.Məmmədovdan 243 qram heroin aşkar edilərək götürülüb.
Həmçinin, Xətai RPİ-nin 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1977-ci il təvəllüdlü N.Nəbizadə saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 0,425 qram heroin və 1,320 qram metamfetamin aşkar olunaraq götürülüb.
Hər üç faktla bağlı araşdırma aparılır.