05 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

MSK DSK-nın qərarını ləğv etdi

15.01.2020

Azərbaycanda növbədənkənar parlament seçkiləri ilə bağlı namizədin Mərkəzi Seçki Komissiyasına müraciəti təmin edilib.
5 saylı Xətai seçki dairəsindən namizədliyi qeydə alınmayan Abbasov Rauf Çərkəz oğlu Mərkəzi Seçki Komissiyasına müraciət edib. R.Abbasov müraciətində qeyd edib ki, Dairə seçki Komissiyası onun namizədliyinin qeydə alınmasından əsassız olaraq imtina edib. Mərkəzi Seçki Komissiyasının ekspert qrupu araşdırıb ki, həqiqətən də, Dairə Seçki Komisiyyası qərarında aidiyyatı olmayan maddələr sadalayıb.
Qərarda namizədliyin qeydə alınmasından imtina edilmənin səbəbləri göstərilməyib. Buna görə də, Mərkəzi Seçki Komissiyası namizədin qeydə alınmasından imtina edilməsiylə bağlı DSK-nın qərarını ləğv edib.
Mərkəzi Seçki Komissiyasının üzvləri təklif ediblər ki, 35 saylı seçki dairəsi xüsusi nəzarətə götürülsün.